Ronaldo Messini seçdi

ronaldo-messini-secdi
Oxunma sayı: 649

“Qafqazinfo” xəbər verir ki, Ronaldo bu mükafata Lionel Messini layiq görüb. O, mükafat uğrunda Messi ilə Ronaldo arasında maraqlı mübarizə aparıldığını da bildirib: “Hər ikisi də möhtəşəm oyunçudur.

İnanılmaz oyunlar nümayiş etdirirlər. Amma mən səsimi bir futbolçuya verəcəyəm və bu səsim gözlənilməyən sürprizlər edə bilən Messiyə gedəcək”.

Məşhur futbolçu “ən yaxşı texniki direktor” mükafatına isə Jose Mourinhonun layiq olduğunu deyib.

O, öz həmvətəni Neymar ilə bağlı da danışıb: “Neymar çox bacarıqlı bir oyunçudur. Ancaq o, mütləq Avropaya getməlidir. Əgər Avropaya gedərsə, “Qızıl Top” uğrunda önəmli futbolçularla mübarizə aparacaq”.
Qeyd edək ki, Ronaldo özü “Qızıl Top” mükafatına 3 dəfə - 1996, 1997, 2002-ci illərdə layiq görülüb.

Sevinc