Ronaldo Messiyə çatdı

ronaldo-messiye-catdi
Oxunma sayı: 1279


“Qafqazinfo” xəbər veri ki, Ronaldo “Atletiko”Madridlə keçirilən final matçında vurduğu qolla, Çempionlar Liqasındakı qol sayısını 67-yə yüksəldib. Bu mənada Ronaldo əsas rəqibi Lionel Messiyə çatıb. Messi də Çempionlar Liqasında oynadığı oyunlar ərzində 67 qol vurub. Keçmiş futbolçu Raul Qonzales isə hələlik 71 qolla rekordu öz əlində saxlayır. 

Kriştiyanonun final matçında penaltidən vurduğu qol bu mövsüm Çempionlar Liqasındakı 17-ci qolu olub. Bu göstərici ilə rekord qıran portuqaliyalı əsas rəqiblərini qabaqlayır.  Messi və keçmiş futbolçu Rud Van Nisterloy 14 qolla Ronaldodan sonrakı yerləri tutirlar. 


İqbal