Ronaldo Messiyə qarşı oynamayacaq

ronaldo-messiye-qarsi-oynamayacaq
Oxunma sayı: 2697

Kriştianu Ronaldonun formasını geydiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu bu gün Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ilə yoldaşlıq görüşü keçirəcək.

Qafqazinfo” xəbər verir ki, Ər-Riyad şəhərində keçiriləcək qarşılaşmada Ronaldonun iştirak etməyəcəyi bəlli olub.

Azarkeşlər maraqlı Kriştianu Messi dueli gözləsə də, portuqaliyalı superulduz zədələnib. Bunu komandanın baş məşqçisi Luis Kastro açıqlayıb.

O bildirib ki, Ronaldo zədə səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, “Əl-Nəsr” – “İnter Mayami” qarşılaşması Bakı vaxtilə saat 22:00-da start götürəcək.