Ronaldo mükafatını terror qurbanlarının ailələrinə bağışladı

ronaldo-mukafatini-terror-qurbanlarinin-ailelerine-bagisladi
Oxunma sayı: 662

“Real”ın ulduzu Kriştianu Ronaldo daha bir nümunəvi addımı ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, o, Çempionlar Liqasının qalibi olduğuna görə alacağı mükafatı Mançesterdə həlak olan terror qurbanlarının ailələrinə bağışlayacaq. 

Qeyd edək ki, Ronaldo ÇL-in qalib olduqları üçün 1,5 milyon avro mükafat alacaq.