Ronaldo onun arzusunu reallaşdırdı - Video

ronaldo-onun-arzusunu-reallasdirdi
Oxunma sayı: 3007

Suriyada zəlzələdən sonra çətinliklərlə üzləşən Nabil Said adlı azyaşlı portuqaliyalı ulduz Kriştianu Ronaldo ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, bir neçə gün öncə zəlzələdən çəkiliş edən kanalların birinə açıqlama verərkən Ronaldo ilə görüşmək istədiyini bildirmişdi. 

Nəticədə Said arzusuna çatıb. Görüş Kriştianunun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun təmsil etdiyi Riyad şəhərində baş tutub. 

Suriyalı Nabil əvvəl Ronaldo ilə görüşüb və sonra onun oyununu izləyib. 

Matçdan sonra açıqlama verən azyaşlı bunları deyib: “Ronaldonu gördüm və bunun yuxu olduğunu düşündüm. Allaha yuxu olmaması üçün dua edəcəm”.