Ronaldo onun üçün rəqs etdi - Fotolar

ronaldo-onun-ucun-reqs-etdi
Oxunma sayı: 10821

Kolumbiyalı model Natali Rincon Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo haqqında maraqlı açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, ölkəsində bir qəzetə müsahibə verən məşhur maniken portuqaliyalı futbolçu ilə restoranda tanış olduqlarını bildirib.

Natali Ronaldo ilə otelə getdiklərini və ulduz oyunçunun onun üçün rəqs etdiyini deyib: “Ronaldo ilə restoranda tanış olduq. Mənim masama yaxınlaşıb tanış olmaq istədiyini dedi. Birlikdə yemək yedik. Restoranda olan qadınlar ondan əl çəkmirdi. Bu səbəbdən Ronaldonun qaldığı otelə getdik. Orda nə baş verdiyini deməyəcəm. Amma saat 02:30-da ayrıldıq. İçki içdik. Həmçinin Kriştianu mənim üçün rəqs etdi. Məndən də rəqs etməyimi istədi. Əla rəqs edirdi”.