Ronaldo oynayacaq - Benzema meydanda olmayacaq

ronaldo-oynayacaq
Oxunma sayı: 1361

Sabah Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə “Mançester Siti”ni qəbul edəcək Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo meydana çıxa biləcək.

Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məqşçisi Zinəddin Zidan bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, portuqaliyalı ulduzun zədəsi tam sağalıb: “Kriştianu yüz faiz hazırdır. Onun zədəsi ilə bağlı problem yoxdur. Kərim Benzemanın zədəsi isə hələ də qalır. Onu riskə atmağa ehtiyac yoxdur. Sabah böyük ehtimalla Benzema meydanda olmayacaq”.

Qeyd edək ki, bu iki komanda arasında İngiltərədə keçirilən görüş 0:0 hesabı ilə başa çatıb. Cavab qarşılaşması sabah Bakı vaxtilə 22645-də başlayacaq.