Ronaldo Portuqaliyanın DÇ-də qol vuran ən gənc və ən yaşlı futbolçusudur - Video

Ronaldo Portuqaliyanın DÇ-də qol vuran ən gənc və ən yaşlı futbolçusudur
Oxunma sayı: 830

Kriştianu Ronaldo Portuqaliya millisinin dünya çempionatlarında qol vuran həm ən gənc, həm də ən yaşlı futbolçusu olub.

“Qafqazinfo” xəbər verir ki, o, bu rekorda ötən gün Qanaya qalib gəldikləri matçda qol vurmaqla nail olub. 

Superulduz 37 yaş 292 günlüyündə qol vuraraq Portuqaliya yığmasının DÇ-də qol vuran ən yaşlı oyunçusu adına sahib çıxıb. 

Ronaldo 2006-cı ildə Almaniyada keçirilən mundialın qrup mərhələsində İranla matçda qol vuraraq prineylilərin DÇ-də fərqlənən ən gənc futbolçusu kimi tarixə düşmüşdü. Həmin vaxt Kriştianu 21 yaş 132 günlüyündə idi. 

Maraqlıdır ki, Ronaldo hər iki qolu da penaltidən vurub.