"Qafqazinfo" xəbər verir ki, Portuqaliya Qana ilə qarşılaşır. Bu iki komandaların sadəcə olaraq nəzəri şansları var. Almaniya və ABŞ milliləri play-offa getmək üçün daha şanslıdırlar. Ona görə də dünya futbolunun ulduz simalarından Kriştiyano Ronaldo çox gümanki, komanda yoldaşları ilə bu matçdan sonra evə yollansin. Komandaların heyətləri belədir:
Portuqaliya: Beto, Alves, Pepe, Miqel, Vilyam, Ronaldo, Moutinyo, Eder, Nani, Amorim, Pereyra
Qana: Dauda, Qyan, Atsu, Badu, Ayev, Rabui, Varis, Conatan, Asamoa, Boye, Harrison
***
32-ci dəqiqədə Qananın futbolçusu Con Boy topu öz qapısına vurub. Beləliklə, Portuqaliya hesabda 1-0 önə keçir.
***
57-ci dəqiqədə Asamoa Gian Qananın bərabərlik qoluna imza atıb.1-1
***
Matçın 80-ci dəqiqəsində Kriştiyano Ronaldo komandasının 2-ci , özünün isə bu çempionatda ilk qolunu vurur.
***
Oyun 2-1 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb. Lakin bu komandaların hər ikisi qrupda qalıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər