Ronaldo qızını belə təbrik etdi - Foto

ronaldo-qizini-bele-tebrik-etdi
Oxunma sayı: 3852

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo qızı Bellanı ad günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Ronaldo sosial şəbəkə hesablarında qızı ilə fotosunu paylaşaraq bu sözləri yazıb:

“Həyatının ilk ili mübarək, sevgilim. Atan səni çox sevir”. 

Xatırladaq ki, Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez 2022-ci ildə əkiz uşaqlar dünyaya gətirib. Onlardan oğlan olanı vəfat edib, Bella adlı qız isə sağ qalıb.