Ronaldo rekorda şərik oldu

ronaldo-rekorda-serik-oldu
Oxunma sayı: 3068

“Yuventus”un futbolçusu Kristiano Ronaldo yeni uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, A Seriyasının 17-ci turu çərçivəsində “Sassuolo”ya qarşı keçirilən oyunda fərqlənən portuqaliyalı hücumçu rəsmi matçlardakı qol sayını 759-a çatdırıb.

Ronaldo bununla da çexiyalı keçmiş futbolçu Yozef Biçana məxsus ən çox qol vurma rekorduna şərik olub. Sabiq hücumçunun da aktivində 759 qol var.