Ronaldo sevgilisindən ayrılsa...

ronaldo-sevgilisinden-ayrilsa
Oxunma sayı: 4367

“Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqezlə bağlı yeni məlumatlar ortaya çıxıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük vaxtı ilə  ayrılıq müqaviləsi imzalayıb. 

Məlumata görə, sənəd 2017-ci ildə Corcinanın böyük qızı Alana Martinaya hamilə olduğu vaxt imzalanıb. Sənədin hazırlanmasına Ronaldonun meneceri Xorxe Mendeş cavabdeh olub.

Bildirilir ki, Ronaldo ilə ayrılacağı təqdirdə Corcinan Kriştianonun Madriddəki malikanəsini sahib olacaq. Bundan əlavə, portuqaliyalı ona ömürlük ayda 100 min avro ödəyəcək.

Xəbərdə o da qeyd olunur ki, ötən ilin iyununda yeni doğulan əkizlərdən birinin ölümündən sonra müqavilənin şərtləri dəyişdirilib.