“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, məlumatı Portuqaliyanın “Correio da Manha” nəşri yayıb.
Məlumata görə, İrina ilə Dubayda Yeni il tətilini keçirən Ronaldo Madriddə anasına 60 illiyi ilə əlaqədar sürpriz etmək istəyib. Lakin model sevgilisini bu səfərdə müşayiət etməkdən imtina edib. Kriştianu Ronaldo və İrina Şeyk arasında bu səbəbdən yaranan narazılıq münasibətlərin bitməsində son nöqtə olub. Çünki, bir neçə aydır sevgililər arasında münasibətlər gərgin imiş.
Qeyd edək ki, 29 yaşlı Kriştianu Ronaldo Madridin “Real” klubu və Portuqaliya millisində çıxış edir, futbol tarixinin ən bahalı oyunçusu sayılır. Onun surroqat anadan dünyaya gələn 4 yaşlı oğlu var.
29 yaşlı İrina Şeyxlislamova (Şeyk) Rusiyanın Çelyabinsk vilayətindəndir. O, 2007-ci ildən bu yana hər il Amerikanın “Sports Illustrated Swimsuit İssue” jurnalına çəkilir, “Armani Exchange”, “Guess”, “İntimissimi”, “Lacoste”, “La Perla” brendlərinin siması olub. İrina Şeyk hazırda “Avon” kosmetika firmasını təmsil edir.
Son xəbərlər
Son Xəbərlər