Əfsanəvi hücumçu Ronaldo İspaniyanın “Real Valyadolid” klubunun alqı-satqısını yekunlaşdırmaq üzrədir.
“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, məbləği 30 milyon dollar olan sövdələşmə 2-3 həftə ərzində başa çatacaq. Ronaldo klubun əsas səhmdarı və prezidenti olacaq.
Qeyd edək ki, “Valyadolid” 2017/18-ci illər mövsümündə ispan Primerosuna vəsiqə qazanıb. Komanda çempionatın birinci turunda səfərdə "Jirona" ilə 0:0-lıq heç-heçə edib, ikinci turda isə öz meydanında "Barselona"ya 0:1 hesabı ilə məğlub olub.
Son xəbərlər
Son Xəbərlər