Ronaldo və Zidan yenidən bir arada

ronaldo-ve-zidan-yeniden-bir-arada
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, veteran futbolçuların dostlarından qurulmuş komandalar Braziliyanın Portu-Aleqri şəhərində görüşəcək. Bu oyun kasıbçılığa qarşı xeyriyyə aksiyası çərçivəsində baş tutacaq. Xeyriyyə matçını məşhur italiyalı keçmiş hakim Pyerluici Kollina idarə edəcək.

Mətbuat konfransı zamanı Ronaldo kasıbçılıqla mübarizənin oyun olmadığını və bu səbədən də bu işə ciddi yanaşdığını bildirib: “Bu, böyük bir problemdir. Mən şadam ki, hələ də onunla mübarizə apara bilirəm”.

Zidan isə yenidən Ronaldoya qarşı oynayacağına görə sevindiyini bildirib.

Qeyd edək ki, Ronaldo və Zidanın dostları arasında oyun artıq 10 ildir keçirilir.