“Qafqazinfo” xəbər verir ki, Portuqaliya ABŞ-la 2-2 hesablı heç-heçə edib. Ronaldonun komandasl 2-1 hesabı ilə uduzduğu oyundan son saniyələrdə xilas ola bilib. 5-ci dəqiqədə Nani hesabı açıb. Lakin Cermeyn Cons və Klint Dempsi vurduqları qollarla maerikalıları hesabda önə keçiriblər. Yalnız 90+5 dəqiqdə Ronaldonun pasından sonra Valera baş zərbəsi ilə bərabərlik qolunu vurub və Portuqaliyanı qrupda qalmaqdan xilas edib. Kriştiyanonun ümidi Qana ilə keçiriləcək son oyuna qalıb. Portuqaliya Qana üzərində qələbə qazansa, Almaniya da ABŞ-ı məğlub etsə, Ronaldo və dostları 1/8 final mərhələsində iştirak edə biləcəklər.
İqbal
Son xəbərlər
Son Xəbərlər