Səudiyyə Ərəbistanı çempionatının 34-cü turunun matçında “Əl-Nəsr” doğma meydanda “Əl-İttihad”ı məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, görüş 4:2 hesabı ilə başa çatıb və qalib komandanın tərkibində portuqaliyalı hücumçu Kriştiano Ronaldo dubla imza atıb.
Qollar onun cari mövsümdə 34-cü və 35-ci qolları olub.
Beləliklə, Ronaldo bir mövsümdə qol sayına görə Səudiyyə Ərəbistanı çempionatının rekordunu qırıb. Portuqaliyalıdan əvvəl rekordçu 2018/19 mövsümündə “Əl-Nasr”ın heyətində 34 qol vuran mərakeşli Abderrazaq Hamdallah idi.