“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi portuqaliyalının cəzalandırılmasının onun xeyrinə olacağını qeyd edib.
Beyl bildirib ki, Ronaldonun yoxluğunda 2 matçda çoxlu qol vurmağa çalışacaq: “Qarşıdakı 2 oyunu Ronaldosuz keçirəcəyik. Əlimə yaxşı imkan düşüb. Ümid edirəm ki, bu, çoxlu qol vurmağım üçün yaxşı şans olacaq. Əldə etdiyim imkanlardan maksimum faydalanmağa çalışacağam”.
Qeyd edək ki, Beyl La Liqanın cari mövsümündə 16 oyunda 10 qola imza atıb.
Son xəbərlər
Son Xəbərlər