Ronaldodan daha bir rekord

ronaldodan-daha-bir-rekord
Oxunma sayı: 2038

Çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus"la səfər matçında iki qol vuran “Real”ın superulduzu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı futbolçu ÇL-də ardıcıl 10 oyunda qol vuran ilk futbolçu olub.

O, ardıcıl 9 oyunda fərqlənən “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelrooyu geridə qoyub.