İtaliya A seriyasının 37-ci turunda keçirilən "İnter"lə matç "Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
"Qafqazinfo" xəbər verir ki, 36 yaşlı hücumçu görüşdə fərqlənməklə karyerası ərzində vurduğu qolların sayını 777-yə çatdırıb.
Ronaldo 7-ci qolunu "Sportinq"də, 77-ci qolunu "Mançester Yunayted"də, 777-ci qolunu isə "Yuventus"da vurub.
Qeyd edək ki, qarşılaşma "Yuventus"un 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər