Ronaldodan İnstaqramda tarixi rekord - Video

ronaldodan-instaqramda-tarixi-rekord
Oxunma sayı: 6870

“Yuventus”un və Portuqaliya yığmasının  hücumçusu Kriştiano Ronaldo İnstaqramda tarixi uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, futbolçunun sosial şəbəkədə izləyicilərinin sayı 200 milyon nəfər olub. Bununla da Ronaldo bu qədər izləyici sayına sahib olan ilk istifadəçi statusu qazanıb. Qələbəsini İnstaqramda qeyd edən Ronaldo video paylaşaraq hər kəsə minnətdarlığını bildirib:

“Çox sağ olun ki, hər gün bu səyahətdə mənimlə birgə iştirak edirsiniz”.