Ronaldodan məhsuldar oyun

ronaldodan-mehsuldar-oyun
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, qızıl topu bu dəfə də qazana bilməyən Kriştiyano Ronaldo bunun acığını het-triklə və ötürdüyü bir qol pasıyla çıxıb. İlk oyunu “Real Madrid” səfərdə 2-1 hesabıyla məğlub olsa da dünənki qarşılaşmada 4-0 qalib gəlib və adını ¼ finala yazdırıb. Oyunun 3-cü, 5-ci, 87-ci dəqiqələrində Ronaldo fərqlənib. 89-cu dəqiqədə isə onun pasıyla Sami Kedira görüşdə son nöqtəni qoyub.

İqbal