Ronaldodan şok hərəkət - Jurnalistin mikrofonunu suya atdı + Video

ronaldodan-sok-hereket
Oxunma sayı: 2952

Portuqaliya milli komandasının üzvü Kriştiano Ronaldo növbəti gözlənilməz hərəkəti ilə yadda qalıb. 

“Qafqazinfo” xəbər verir ki, “Real”ın ulduzu jurnalistə hörmətsizlik edib. Belə ki, Portuqaliya milli komandası bu gün AÇ-2016-nın F qrupunun son matçında Macarıstanla üz-üzə gələcək.

Bu matçdan öncə jurnalistlərdən biri futbolçudan müsahibə götürmək istəyib. Jurnalistin bu hərəkəti futbolçunu əsəbiləşdirib. O, telekanal işçisinin mikrofonunu əlindən alaraq suya atıb.