Portuqaliya yığmasının kapitanı və Real”ın hücumçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı Ronaldo Çempionlar Liqasının 1/4 finalının “Bavariya” ilə səfər oyununda dubl edərək avrokuboklardakı qol sayını 100-ə çatdırıb. Bununla yeni rekorda imza atmış olub. O, qollarda 98-ni ÇL-də, 2-ni isə UEFA superkuboku oyunlarında vurub.
Qeyd edək ki, Ronaldo ÇL-də son qolunu ötən ilin sentyabrında Dortmund “Borussiya”sına vurmuşdu.

Son xəbərlər
Son Xəbərlər