“Real” Madridin portuqaliyalı ulduzu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.
“Qafqazinfo” xəbər verir ki, hücumçu Avropanın ən nüfuzlu klub turnirində 100 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb.
O, Almaniya “Bavariya”sı ilə 1/4 final mərhələsinin cavab görüşündə “het-trik” edərək aktivindəki qolları 101-ə çatdırıb.
Qeyd edək ki, Ronaldo bu qollardan 18-ni İngiltərənin “Mançester Yunayted” klubunda, qalanlarını isə “Real” Madriddə vurub.







Son xəbərlər
Son Xəbərlər