"Ronaldo bütün komandalara qol vurur. O, həmişə eyni cür çıxış edir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Yuventus”un müdafiəçisi Corco Kyellini deyib.
Bu gün UEFA Çempionlar Liqasında “Real”la qarşılaşacaq turinlilərin təcrübəli futbolçusu Kriştianu Ronaldo haqqında danışıb. İtaliyan oyunçu bildirib ki, portuqaliyalı ulduz illərdir özünü sübut edir: “Ronaldo illərdir ki, özünü sübut edir. Düzdür, “Real” Ronaldodan asaılı komanda deyil, amma Kriştianu möhtəşəmdir və bu fərqi hiss etdirir. Təkcə onu dayandırmaq haqqında düşünmək ağılsızlıqdır, onsuz da uğur qazanacaq”.
Kyellini ötən il ÇL-in finalında “Real”a uduzduqları üçün intiqam almaq haqqında düşünmədiklərini bildirib: “Kardiffdəki oyun fərqli idi. Bugünkü qarşılaşma ordakından tamamilə fərqlənəcək. Bizim komandada xeyli dəyişikliklər olub, amma rəqibin heyəti olduğu kimi qalır”.
Təcrübəli müdafiəçi sakit oynamalı olduqlarını da sözlərinə əlavə edib: “Sakit olmalı və öz keyfiyyətimizi ortaya qoymalıyıq. Biz onlara hörmət edirik. Amma bu o demək deyil ki, ispan klubunu məğlub edə bilmərik. Bu qətiyyən ağlımızda olmamalıdır. Bizim Kardifflə bağlı xoş və pis xatirələrimiz var. Hər kəs üçün bu belədir. Əgər Çempionlar Liqasının finalında oynamaq istəyirsənsə, “Real” kimi böyük komandalarla oynamağı bacarmalısan”.
Son xəbərlər
Son Xəbərlər