Ronaldonu əvəzləyib het-trik etdi - DÇ-2022-də ilk

ronaldonu-evezleyib-het-trik-etdi
Oxunma sayı: 2835

Portuqaliya millisinin futbolçusu Qonsalu Ramuş DÇ-2022-nin 1/8 finalında  İsveçrə ilə matçda het-trik edib.

“Qafqazinfo” xəbər verir ki, bu, cari mundialda qeydə alınan ilk het-trik olub.

“Benfika”nın 21 yaşlı hücumçusu əsas heyətdə komandanın kapitanı Kriştiano Ronaldonu əvəzləyib. 

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 6:1 hesablı qələbəsi ilə başa çatıb.