Ronaldonun buzlu çempionatı

ronaldonun-buzlu-cempionati
Oxunma sayı: 1108


“Qafqazinfo” xəbər verir ki, Ronaldo dünənki məşqə sol dizində buzla çıxıb. Ağrılardan əziyyət çəkən ulduz futbolçu məşqi tamamlaya bilməyib. Lakin bununla belə Portuqaliya Futbol Federasiyası Ronaldonun heç bir zədəsi olmadığını və məşqlərə buzla qatılmasının sadəcə baş verə biləcək xoşagəlməzliyin qarşısını almaq məqsədi daşıdığını bildirib.

Qeydedək ki, ilk matçında Almaniyaya 4-0 hesabı ilə uduzan Portuqaliya, növbəti oyununu iyunun 23-də ABŞ-a qarşı keçirəcək ki, Ronaldonun da bu görüşdə iştirak edib etməyəcəyi sual altındadır.

 

İqbal