Ronaldonun “Əl-Nəsr”də ilk rəsmi qolu - Video

ronaldonun-el-nesrde-ilk-resmi-qolu
Oxunma sayı: 4206

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində rəsmi oyunlarda ilk qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, o, çempionatın 15-ci turunda “Əl-Fateh”lə matçda (2:2) penaltidən fərqlənib. Strat heyətdə meydana daxil olan və sona kimi oynayan 37 yaşlı hücumçu 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Bu nəticədən sonra “Əl-Nəsr” 34 xalla 1-ci pillədə qərarlaşıb.