Ronaldonun “Əl-Nəsr”i Superkubokun yarımfinalında uduzdu

ronaldonun-el-nesri-superkubokun-yarimfinalinda-uduzdu
Oxunma sayı: 3044

Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizəni dayandırıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, klub yarımfinalda "Əl-İttihad"a 1:3 hesabı ilə uduzub.

Bununla da Ər-Riyad təmsilçisi turnirlə vidalaşıb.

"Əl-Nəsr"in yeganə qoluna 90+1-ci dəqiqədə Anderson Taliska imza atıb.

Qeyd edək ki, Portuqaliya millisinin futbolçusu Ronaldo “Əl-Nəsr”lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Onun əsas maaşı ildə 75 milyon avro, kommersiya haqları və səfir kimi gəliri ilə birlikdə isə ümumən 200 milyon avro təşkil edəcək.