“Qafqazinfo” xəbər verir ki, nəşrin yazdığına görə, Noronya dizindən aldığı travmanı ağırlaşdırmamaq üçün guya Portuqaliya milli komandasının liderinə Braziliyada keçirilən futbol üzrə dünya çempionatında çıxışını dayandırmağı məsləhət görüb. Noronya bu informasiyanı “tamamilə yanlış” məlumat adlandıraraq əlavə edib ki, o, dünya çempionatı başa çatana qədər belə bir bəyanatı əsla verməzdi.
Məlum olub ki, Portuqaliya yığmasının lideri komanda məşqlərində iştirakını vaxtından əvvəl başa çatdırıb. Müəyyən müddət fizioterapevtin yanında olduqdan sonra sol dizində içində buz olan sağrı ilə meydanı tərk edib.
Futbol üzrə dünya çempionatının final mərhələsinin qrup mərhələsində Portuqaliya yığmasının əsas rəqibləri ABŞ və Qana yığmaları olacaq.
Son xəbərlər
Son Xəbərlər