Ronaldonun Hindistandakı heykəli etirazla qarşılandı - Fotolar

ronaldonun-hindistandaki-heykeli-etirazla-qarsilandi
Oxunma sayı: 2657

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Hindistanın Qoa əyalətində yeni ucaldılan heykəli qarşıdurmalara səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, heykəlin açılışı zamanı bir qrup etirazçı qara bayraq dalğalandırıb.

Belə ki, Ronaldoya əyalətin Panaji bölgəsində futbolu sevdirmək və gənclərdə futbol həvəsini artırmaq məqsədilə ucaldılan heykəlin açılış mərasimi keçirilib.

Vaxtilə Portuqaliyanın müstəmləkəsi olan Qoa əyalətində Ronaldo çox sevilir. Bildirilir ki, bir çox qoalı keçmişdə Portuqaliyaya köçüb.

Etirazçılar Qoada Portuqaliyanın müstəmləkəçiliyindən ayrılmasının 60-cı ildönümü zamanı bu heykəlin qoyulmasını təhqir hesab ediblər.

Qeyd edək ki, heykəl üç il ərzində hazırlanıb. Pandemiya səbəbindən açılışının uzun müddət təxirə salındığı bildirilib.