Ronaldonun İngiltərədə yaşadığı malikanə - Fotolar

ronaldonun-ingilterede-yasadigi-malikane
Oxunma sayı: 6893

Yenidən "Mançester Yunayted"ə transfer olunan Kriştiano Ronaldonun İngiltərədə yaşadığı evin fotoları yayılıb.

"Qafqazinfo" xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun yaşadığı malikanənin 7 yataq otağı var. Bir neçə milyon funt sterlinq olan malikanənin böyük ev kinoteatrı, jakuzili geniş vanna otağı, yüksək texnologiyalı avadanlıqların olduğu fitness otağı, qapalı hovuz, çox geniş mətbəxi mövcuddur.

Qeyd edək ki, Ronaldonun evinə 6-ya qədər mühafizəçi nəzarət edir.