"Qafqazinfo" xəbər verir ki, Avropanın iki ən güclü komandaları 3 xal uğrunda mübarizə aparırı. Portuqaliyanın əsas qol ümidi Kriştiyano Ronaldo bu gün əsas heyətdə yer alıb. Qrupda ilk 3 xalı qazanmaq hər iki komanda üçün çox vacibdir.Komandaların start heyətləri belədir:
Almaniya
1. Noer, 4. Hövedes, 5. Hummels, 6. Xedira, 8. Özil, 13. Müller, 16. Lam (k), 17. Mertesaker, 18. Kroos, 19. Götze, 20. Boatenq
Portuqaliya: 12. Patrisio, 2. B.Alves, 3. Pepe. 4. Miqel, 5. Koentrao, 7. Ronaldo (k), 8. Moutinyo, 9. Almeyda, 16. Meireles, 17. Nani, 21. Pareyra
***
12-ci dəqiqədə Tomas Müller penaltidən hesabı açdı.
***
33-cü dəqiqədə Hummels baş zərbəsi ilə Almaniyanın 2-ci qolunu vurub.
***
37-ci dəqiqədə qırmızı kartların "abunəçisi" Pepe yenidən ənənəsinə sadiq qalaraq qırmızı vərəqə ilə meydandan qovulub.
***
İlk hissənin bitməsinə saniyələr qala Almaniya Müllerlə hesabı daha da əlçatmaz edib. 3-0
***
78-ci dəqiqədə Tomas Müller het trikə imza atdı.4-0
***
Çempionata Almaniya gözləmədiyi dərəcədə asan, Portuqaliya isə arzulamadığı nəticə ilə start verdi.
İqbal
Son xəbərlər
Son Xəbərlər