Ronaldonun maraq dolu həyatı - Qadınlar, Kim Kardaşyan, anasının müdaxiləsi

ronaldonun-maraq-dolu-heyati
Oxunma sayı: 9549

Hazırda dünyanın diqqəti Qətərdə keçirilən çempionata yönəlib. Şübhəsiz ki, çempionatın əsas simalarından biri də Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldodur. Portuqaliya-Uruqvar matçının davam etdiyi bu gündə ekran başında əyləşən və stadionda matçı seyr edən tamaşaçıların da ən çox görmək istədiyi sima Kriştianu Ronaldo olaraq qalır.

“Qafqazinfo” karyerasında bir çox rekordlar qıran Kriştianu Ronaldonun həyatı ilə bağlı maraqlı faktları təqdim edir:

Ronaldo 15 yaşındaykən keçirdiyi ürək əməliyyatı və futbol karyerası ilə əlaqədar qidalanma rejiminə olduqca diqqətli şəkildə əməl edir. Gün ərzində ara nahar fasilələri də daxil olmaqla 6 dəfə nahar edir. Qidalanma rasionuna isə daha çox süd məhsulları və meyvə-tərəvəz daxildir. Belə ki, Ronaldo daha çox Hindistan və Meksika mətbəxtlərinə müraciət edir. Suşi onun əvəzolunmaz qidalarından biridir.

Futbolla yanaşı Portuqaliya ulduzu hər gün müntəzəm olaraq idman edir. Səhər iki saat davam edən idman rutinini axşam saatlarında üzgüçülük ilə davam etdirir. İdman rejiminin saatları dünya çempionatı ərəfəsində 4 saatdan 6 saata qədər yüksələ bilir.

Bir çox insan kimi Ronaldo da səyahət həvəskarlarından biridir. Lakin tək şəkildə səyahət etməyi heç zaman sevmir. Ailəsi onun üçün önəmli olduğuna görə heç zaman onlardan ayrı səyahətlərə yollanmır. Daha çox İspaniyaya getməyi və orada vaxt keçirməyi sevir. Portuqaliya isə onun üçün həmişə dəyişilməz yerlərdən biridir.

Bununla yanaşı Ronaldo istifadə etdiyi əşyalara da çox böyük önəm verir. Maşınlar onun üçün əvəzolunmazdır, həmçinin, saat və üzüklər də onun gündəlik həyatda istifadə etdiyi vazkeçilməz aksesuarlar sırasındadır.

Film seçimində isə daha çox aksiyon səhnələrinin üstünlük təşkil etdiyi ekran işlərinə üstünlük verir. Ən sevdiyi film 1996-cı ildə çəkilən və döyüş səhnələrini özündə əks etdirən “The Rock” filmidir.

İnsanların və xüsusən də, xanım fanatlarının maraqlandığı əsas məqamlardan biri də Ronaldonun şəxsi həyatı ilə bağlıdır. Onu da qeyd edək ki, futbolçu həyatında olan xanımlara vaxt ayırmağı və onlara diqqət göstərməyi sevir. Sevgililəri arasında isə olduqca məşhur xanımlar olub. Hətta bir zamanlar onun Kim Kardaşyanla münasibət yaşadığı iddia olunurdu. Lakin Ronaldonun həyatındakı əsas sevgililərindən biri şübhəsiz ki, rus əsilli model İrina Şayk olub. Cütlük uzun illər münasibətlərini hörmət əsasında davam etdirib. Hətta bir çox qaynaqlar İrina Şaykın Ronaldodan hamilə qaldığını iddia edib. Çütlük evlilik yolunda əmin  addımlar atsalar da, verdikləri ani qərarla ayrıldıqlarını açıqlayıblar. Onlar buna səbəb kimi karyeralarına daha çox diqqət ayırmalı olduqlarını söyləsələr də, Ronaldoya yaxın olan şəxslər onun anası Dolores Aveironun bu münasibəti heç zaman qəbul etmədiyini deyiblər. Belə ki, anası ilə İrina arasında olan xoşagəlməz söhbətlər bu münasibətin bitməsinə səbəb olub. Hazırda Ronaldo braziyalı model Georgina Rodrigez ilə xoşbəxt münasibət yaşamaqdadır.

Qeyd edək ki, dünya çempionatı ilə əlaqədar Ronaldonun instaqram izləyiciləri 500 milyonu keçib və o, hazırda sosial şəbəkədə ən çox izlənən şəxsdir.

Şükufə Süleymanlı