Ronaldonun sevgilisi bu səbəbdən cərimələnə bilər

ronaldonun-sevgilisi-bu-sebebden-cerimelene-biler
Oxunma sayı: 7782

“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriqes Səudiyyə Ərəbistanının ədəb qanununu pozduğuna görə cərimələnə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İspaniyanın “Marca” qəzeti məlumat yayıb.

Bildirilib ki, buna futbolçunun sevgilisinin Səudiyyə Ərəbistanında olarkən geyindiyi çox açıq paltarlar səbəb ola bilər. Belə ki, o, dekolteli və ayaqları görünən uzun yarığı olan paltar ilə ictimaiyyət arasına çıxıb.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında ictimai ədəb qaydalarına riayət edilməsi haqqında qanun qəbul edilib. İctimai yerlərdə qolları dirsəyə qədər, ayaqları isə topuğa qədər örtən bol paltar geyinmək tövsiyə olunur.