Ronaldonun suya atdığı mikrofon hərraca çıxarılır

ronaldonun-suya-atdigi-mikrofon-herraca-cixarilir
Oxunma sayı: 2841

Bir neçə gün öncə “Real”ın ulduzu Kriştiano Ronaldonun “CM TV” jurnalistinin əlindən alıb və yaxınlıqdakı gölə atdığı mikrofon tapılıb.

“Qafqazinfo” xəbər verir ki, mikrofon bu gün dalğıclar tərəfindən aşkar edilib.

Fransa mətbuat iddia edir ki, sözügedən mikrofon hərraca çıxarılacaq. Ronaldonun suya atdığı mikrofondan əldə ediləcək gəlir xeyriyyə fonduna köçürüləcək.

Qeyd edək ki, Ronaldonun “CM TV” ilə münaqişəsi uzun müddətdir ki, dava edir. Ronaldo məhz bu səbəb görə mikrofonu jurnalistin əlindən almış və suya atmışdı.