Ronaldonun yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarıldı - Foto

ronaldonun-yere-atdigi-kapitanliq-sargisi-herraca-cixarildi
Oxunma sayı: 1961

Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun DÇ-2020-nin seçmə mərhələsində Serbiya ilə 2:2-lik matçda əsəbiləşərək yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, sarğını stadionun işçilərindən biri hərraca çıxarıb. 

Əldə edilən gəlir isə ağır xəstəlikdən əziyyət çəkən 6 aylıq Qavrilo Curceviçin müalicəsinə sərf ediləcək. Sarğı üçün ilkin qiymət 3 min avrodur.