Ronaldonun “Yuventus”a transfer qiyməti açıqlandı

ronaldonun-yuventusa-transfer-qiymeti-aciqlandi
Oxunma sayı: 6957

"Real"ın portuqaliyalı ulduzu Kriştiano Ronaldonun "Yuventus"a transfer qiyməti bəlli olub.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Turin klubu superulduz üçün Madrid təmsilçisinə 100 milyon avro ödəyəcək. 33 yaşlı hücumçu ilə razılaşma 2022-ci ilədək əldə olunub.

Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real"da çıxış edib. O, ən çox qol vuran futbolçu kimi klubun tarixinə keçib (438 oyunda 451 qol).