Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - Fotolar

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi
Oxunma sayı: 4142

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Yanq Boyz” - “Mançester Yunayted” qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib.

“Qafqazinfo” xəbər verir ki, Ronaldo dərhal tibbi xidmət göstərilən həmin şəxsə yaxınlaşaraq üzr istəyib və vəziyyətinin yaxşı olduğuna əmin olduqdan sonra meydana qayıdıb.

Qeyd edək ki, qarşılaşma İsveçrə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.