Ronaldoya 100 milyon avroluq təklif

Ronaldoya 100 milyon avroluq təklif
Oxunma sayı: 2127

“Yuventus”un futbolçusu Kriştiano Ronaldoya ABŞ-dan təklif gəlib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-ın bir şirkəti portuqaliyalı hücumçunun “instagram” hesabını icarəyə götürmək niyyətindədir. Bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Xəbərdə, şirkətin Ronaldoya “instagram”ının 1 illik icarəsi üçün 100 milyon avro təklif etdiyi bildirilib. ABŞ mətbuatı 34 yaşlı oyunçunun bu təklifi dəyərləndirəcəyini iddia edib.

“İnstagram”da 187 milyon izləyicisi olan Ronaldo, son bir ildə bu sosial şəbəkədəki reklamlarından 38,2 milyon funt-sterlinq gəlir əldə edib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi