Ronaldoya ağır cəza

ronaldoya-agir-ceza
Oxunma sayı: 707

İspaniya Super Kubokunda “Real Madrid”in “Barselona”nı səfərdə 3-1 məğlub etdiyi matçda qırmızı vərəqə görən Kriştiano Ronaldonun cəzası məlum olub.

“Qafqazinfo” xəbər verir ki, ilk sarı vərəqəsini qol vurduqdan sonra formasını çıxardığı üçün alan Ronaldo, ikinci sarı vərəqəni isə simulyasiya səbəbindən almışdı.

Bundan əsəbiləşən futbolçu hakimi arxadan itələyərək etirazını bildirmişdi.

İspaniya Futbol Federasiyası bu hərəkətinə görə portuqaliyalı ulduza 4 oyunluq cəza verib. Qırmızı vərəqə aldığı üçün də 1 oyunluq cəza alan Ronaldo ümumilikdə 5 matçda iştirak edə bilməyəcək.