“Qafqazinfo” xəbər verir ki, sözügedən oyunçular komanda yoldaşları Kriştiano Ronaldonun 30 yaşı münasibəti ilə təşkil etdiyi məclisə qatıldıqları üçün cərimələnəcəklər.
Komandanın digər oyunçusu Luka Modriç də həmin gecənin iştirakçısı olub. Ancaq xorvat yarımmüdafiəçi daha sonra üzr istədiyi üçün cəzalandırılmayacaq.
Bundan başqa, Xediranın bu mövsümün sonunadək Madrid klubunun əsas heyətində bir daha meydana çıxmayacağı iddia edilib.
Xedira, Xames və Modriç zədədən sonra bərpa prosesi keçirlər.