Ronaldoya qarşı zorlamaya görə açılan cinayət işi bağlandı

ronaldoya-qarsi-zorlamaya-gore-acilan-cinayet-isi-baglandi
Oxunma sayı: 2190

“Yuventus”un hücumçusu Kriştiano Ronaldoya qarşı zorlama maddəsi üzrə açılmış cinayət işi bağlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cinayət işi model Ketrin Mayroqanın könüllü təşəbbüsü ilə yekunlaşıb. Bu barədə Las-Veqas məhkəməsi ötən ay qərar çıxarıb.

Xatırladaq ki, Mayroqa Ronaldonun 2009-cu ildə Las-Veqasda gecə klublarının birində ona təcavüz etdiyini iddia etmişdi. Ronaldo isə bu ittihamı qəbul etmirdi.