Rosberq Hamiltonla razılaşmır - “Onun qələbə şansı çoxdur”

rosberq-hamiltonla-razilasmir
Oxunma sayı: 783

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq bildirib ki, Luis Hamiltonun cəza almasına baxmayaraq, yarışda Lyuis qələbə uğrunda mübarizə aparacaq.

“Qafqazinfo” f-1.az-aistinadən xəbər verir ki, Niko Rosberq mətbuat konfransında bildirib ki, Hamiltonun “Rosberq üçün asan yarış olacaq” sözləri ilə razı deyil və əlavə edib ki, “Ferrari”lər və Hamilton qələbə uğrunda mübarizə aparacaqlar: “Hamiltonun cəza aldığını eşitdim. Ancaq bu mənim həftəsonuna olan yanaşmamı dəyişdirməyəcək, çünki Luis 6-cı yerdən start alsa belə, qələbə qazanmaq şansı çoxdur.
Mən bütün diqqətimi toplamışam və heç bir şeyə görə arxayın deyiləm, çünki təkcə Hamiltonla yox, eyni zamanda Ferrari sürücüləri ilə də mübarizə aparmalı olacam. Onları hesabdan silmək olmaz, çünki yaxşı nəticə göstərmək istəyəcəklər. Onlar mövsümün ilk iki yarışında istədikləri performansı göstərə bilmədilər. Buna görə də yarışa fokuslanmışam və hər cür mübarizəyə hazıram”.

Rosberq bildirib ki, mövsümdə 2 ardıcıl qələbədən sonra eyforiya hissinə qapılmır: “Bu il Formula1 mövsümü çox uzundur və biz hələ cəmi 2 yarışı geridə buraxmışıq. Özümü boş buraxmaq fikrim yoxdur, çünki hələ mövsümün əvvəlindəyik. İlk iki yarışın nəticəsindən razıyam, amma hamımız Həmiltonun nə qədər sürətli olduğunu yaxşı bilirik”.