Rostovda fövqəladə vəziyyət elan edildi

rostovda-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 4231

Donbasdan gələn qaçqınların artması səbəbindən Rusiyanın Rostov vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev bildirib.

“Gələn vətəndaşların sayının artması tendensiyasını nəzərə alaraq, biz 19 fevral saat 10:00-dan fövqəladə vəziyyət rejimini tətbiq etməyi məqsədəuyğun hesab edirik”, - deyə o qeyd edib.