Rövnəq Abdullayev 30 minlik söz verdi

rovneq-abdullayev-30-minlik-soz-verdi
Oxunma sayı: 720

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, görüş zamanı SOCAR bu ölkənin bütün regionlarının qazla təmin edilməsini öz öhdəsinə götürüb. Gələn ilin sonlarına kimi neft şirkəti daha 30 min ailəni “mavi qaz”la təmin edəcək.

Bundan başqa Dövlət Neft Şirkəti digər regional layihələrdə də iştirak edəcək. Kvemo Kartlidə yerli istehsalçılar tərəfindən istifadə olunacaq yeni anbar və soyutma anbarının bünövrəsi qoyulub. Tikinti işləri gürcü-Azərbaycan ortaq müəssisədi olan “Aqroinvest” tərəfindən həyata keçiriləcək. SOCAR tikintinin maliyyə xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, dünən azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonu Talaveri kəndində səfərdə olan R.Abdullayev bu ölkənin enerji naziri Kaxa Kaladze ilə birgə 12 min azərbaycanlı ailəni qazla təmin edəcək boru xəttinin çəkilməsini simvolizə edən məşəl yandırıblar.