Rövnəq Abdullayev “Böyük dəbilqə”ni açıq elan etdi - Fotolar

rovneq-abdullayev-boyuk-debilqeni-aciq-elan-etdi
Oxunma sayı: 1452

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin açılış mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında baş tutan açılış mərasimində ilk olaraq Gənclər və İdman Nazirliyi Azad Rəhimov və Beynəlxalq Cüdo Federasiyasının idman direktoru Vladimir Barta çıxış edib. 

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev isə yarışı açıq elan edib: ““Böyük Dəbilqə" turnirini açıq elan edirəm. İnanıram ki, turnir yüksək səviyyədə baş tutacaq. Qoy güclü qalib gəlsin”.

Sonda mərasim bədii hissə ilə yekunlaşıb.

Elsevər Məmmədov

Fotolar: Pərvin Zeynal