Rövnəq Abdullayev “Statoyl” şirkətinin vitse-prezidenti ilə görüşdü

rovneq-abdullayev-statoyl-sirketinin-vitse-prezidenti-ile-gorusdu
Oxunma sayı: 639

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə, Rövnəq Abdullayev ARDNŞ ilə “Statoyl” şirkəti arasında səmərəli əməkdaşlıq əlaqələrinin artıq 20 ildir ki, davam etdiyini vurğulayıb, bu münasibətlərin qarşıdakı illərdə də uğurla davam edəcəyinə inandığını söyləyib. R. Abdullayev qeyd edib ki, 2013-cü il bir çox layihələr üzrə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, “Şahdəniz” yatağının işlənilməsi layihəsinin birinci və ikinci fazaları üzrə işlərin durumu haqqında qonaqlara məlumat verərək, hazırda Xəzərin Azərbaycan sektorunda hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan “Cənub dəhlizi” layihəsi çərçivəsində təklif olunan marşrutların nəzərdən keçirildiyini vurğulayıb.

Səmimi qəbul üçün təşəkkürünü bildirən “Statoyl” şirkətinin icraçı vitse-prezidenti Lars Kristian ötən ilin oktyabrında Azərbaycana səfərini xatırladıb, böyük məmnunluq hissi ilə həmin vaxtdan bəri “Statoyl”un iştirak etdiyi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri çərçivəsində aparılan işlərdə mühüm irəliləyiş əldə edildiyini söyləyib. Qonaq bildirib ki, 2013-cü il və sonrakı illər həm bu layihələrin, həm də ARDNŞ-in Azərbaycanda, eləcə də ölkə xaricində həyata keçirdiyi digər enerji layihələrinin inkişafı baxımından uğurlu olacaq.