Rövnəq Abdullayev tələbələri təbrik etdi- - Fotolar

rovneq-abdullayev-telebeleri-tebrik-etdi-
Oxunma sayı: 1913


“Qafqazinfo”ya daxil olan məlumata görə, ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayevin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin, bir çox dövlət rəsmilərinin, eləcə də Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Heydər Əliyevin Bakı Ali Neft Məktəbində yerləşən büstünü ziyarətlə başlayıb.

Tədbirdə çıxış edən ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri “Bilik Günü” münasibəti ilə təbrik edib. Ölkə başçısının imzaladığı 29 noyabr 2011-ci il tarixli Fərmanının əhəmiyyətindən və vacibliyindən bəhs edən R.Abdullayev qısa müddət ərzində ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsi olaraq yüksək nəticələr əldə edildiyini bildirib. 

Tədbirin sonunda BANM-in rektoru qonaqlarla birlikdə ali məktəbin ilkin hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələrini təqdim edib, həmçinin 2014-2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə biletləri təqdim olunub.